Həbsdəki tanışına başmaqda narkotik apardı

Həbsdəki tanışına başmaqda narkotik apardı
  29 Mart 2021    Oxunub:2275
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Məmmədov Əli Mahir oğluna tanışı Bakı şəhər sakini Ələkbərov Asif Ələkbər oğlu tərəfindən aparılmış sovqata baxış keçirilən zaman orada olan başmağın daban hissəsində xüsusi üsulla gizlədilmiş 3 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 1,731 qram olan narkotik maddə heroin və ümumi çəkisi 0,680 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Həbsxana   Narkotik  





Xəbər lenti