DİM-də beynəlxalq imtahanlar keçirilib

TOEFL iBT imtahanlarında ümumilikdə 19 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti TOEFL iBT imtahanının aprelin 10-da keçirilməsi nəzərdə tutulur.
GRE imtahanında 1 nəfər iştirak edib. İmtahan nəticələri ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənilə bilər. Növbəti GRE imtahanının aprelin 2-də keçirilməsi nəzərdə tutulur.
Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında verilib.
Azvision.az