“Sarkisyan və Koçaryanın əli azərbaycanlıların qanına batıb” - İcma sədri

   “Sarkisyan və Koçaryanın əli azərbaycanlıların qanına batıb” -    İcma sədri
  29 Mart 2021    Oxunub:1754
“Xocalı soyqrımı Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində baş vermiş ən qanlı hadisədir. Məsələlərə artıq siyasi qiymət verilib. İstər Xocalı soyqırımı, istərsə də 31 mart - Azərbaycanlıların soyqırımı ilə bağlı dünya ölkələri Azərbaycanı dəstəkləyən bəyanatlar verib".
Azvision.az xəbər verir ki, bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, buna beynəlxalq hüquq kontekstində qiymət verilməsi qalıb.

İcma sədri qeyd edib ki, Ermənistan dövləti və vaxtilə onun başında durmuş Sarkisyan və Koçaryanın əli azərbaycanlıların qanına batıb:

"Birinci Dünya müharibəsindən sonra konkret şəxslərin məsuliyyətə cəlb edilməsi təcrübəsini biz görmüşük. İkinci Dünya müharibəsində isə konkret şəxslərin konkret şəkildə məsuliyyətə cəlb edilməsinin şahidi olduq. Keçmişdə baş vermiş Ermənistan-Azərbaycan münaqişəsində törədilən cinayətlər də buna aid edilməlidir”.

Azvision.az


Teqlər: İcma   Rəhbər   Tural-Gəncəliyev  






Xəbər lenti