Maşından oğurluq edən şəxs ələ keçdi

Maşından oğurluq edən şəxs ələ keçdi
  29 Mart 2021    Oxunub:1095
Bakıda maşından pul və telefon oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, paytaxtın Nizami rayonunda bir avtomobildən 1500 manat məbləğində pul və 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini V.Şahbazov Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Maşın   Oğurluq   Pul  





Xəbər lenti