Yaşayış yerini tərk edən COVİD xəstələri saxlanıldı

Yaşayış yerini tərk edən COVİD xəstələri saxlanıldı
  29 Mart 2021    Oxunub:2102
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət – profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aparılan tədbirlərlə martın 27-də və 28-də Hacıqabul və Zaqatala Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən həmin rayonlar ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıblar.

Azvision.az


Teqlər: Koronavirus-xəstəsi   İctimai-yer  





Xəbər lenti