QMİ Ramazan ayı ilə bağlı fətva verəcək

   QMİ Ramazan ayı ilə bağlı fətva verəcək
  29 Mart 2021    Oxunub:1414
Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, yaxın günlərdə QMİ Qazılar Şurasının toplantısı olacaqdır və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fətva veriləcəkdir.
Azvision.az xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat xidmətinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fətvasında bəyan ediləcəkdir.

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən müəyyən edir.

Azvision.az


Teqlər: QMİ   Fətva   Ramazan-ayı  






Xəbər lenti