Bakı sakini Sumqayıtda oğurluq etdi

Bakı sakini Sumqayıtda oğurluq etdi
  29 Mart 2021    Oxunub:1385
Sumqayıt şəhərində oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 25-də şəhər sakini T.Alışovun cibindən 450 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Bəylərov Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Sumqayıt   Oğurluq  





Xəbər lenti