Polis Ağdaş və Şəkidə reydlər keçirdi

Polis Ağdaş və Şəkidə reydlər keçirdi
  29 Mart 2021    Oxunub:2839
Şəki və Ağdaş rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti reydlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a bildirilib ki, polis əməkdaşları şəhərdaxili marşrut avtobuslarında, mağazalarda, açıq ictimai məkanlarda, eləcə də digər qapalı obyektlərdə keçirdikləri reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyini diqqətə çatdırıblar. Gündəlik keçirilən nəzarət-profilaktik tədbirlər zamanı əsas məqsədin onların maarifləndirilməsi, sağlamlıqlarının və təhlükəsizliyinin qorunması olduğu bildirilib.

Reydlər zamanı ictimai nəqliyyatda, mağazalarda qaydaların pozulması hallarına rast gəlinib. Belə ki, bəzi sürücü və sərnişinlərin, satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, kassaların önündə sosial məsafənin gözlənilmədiyi aşkarlanıb. Aparılan izahedici söhbətlərdən, edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq qaydaları pozmaqda davam edən şəxslər barəsində isə qanunvericiliyə uyğun tədbir görülüb.

Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti