Bu il Sumqayıtda 63 lift yenilənib

Bu il Sumqayıtda 63 lift yenilənib
  29 Mart 2021    Oxunub:1366
Sumqayıt şəhərində lift təsərrüfatının yenidən qurulması ilə əlaqədar ötən 6 il ərzində mühüm tədbirlər həyata keçirilib.
Azvision.az xəbər verir ki, bu ilin ilk 3 ayında şəhərdə istismar müddətini başa vurmuş 63 lift müasiri ilə əvəzlənib. Yaxın günlərdə isə 14 lift dəyişdiriləcək.

Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi şəhər üzrə ümumilikdə son illərdə 500-ə yaxın lift müasir, yeni elektron tipli liftlərlə əvəz olunub.

Qeyd edək ki, Sumqayıt şəhərində “Lift-Servis” Birliyi Dövlət Mənzil Fonduna aid hündürmərtəbəli binalarda 594 liftə texniki xidmət göstərir. Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi fəaliyyət göstərir. Yeni yaradılan inteklektual idarəetmə sistemi vasitəsilə liftlərin dayanması, dayanma səbəbləri, idarəetmə stansiyasında olan ötürücülərin vəziyyəti, gərginlik kəsilən anda fasiləsiz enerji mənbəyinin qoşulması, kabinədən birbaşa danışıq əlaqəsi sisteminin vəziyyəti, sakinlər tərəfindən liftlərin istismarı qaydalarının pozulması haqqında məlumatlar quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə onlayn rejimdə mərkəzləşdirilmiş İntellektual İdarəetmə Mərkəzinə ötürülür.

Azvision.az


Teqlər: Sumqayıt   Lift  





Xəbər lenti