Qadın qohumunun evindən oğurluq etdi

Qadın qohumunun evindən oğurluq etdi
  29 Mart 2021    Oxunub:1546
Bakıda oğurluq edən qadın tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 500 manat məbləğində pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, ev sahibəsinin qohumu M.Mustafayeva müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Qadın   Oğurluq   Qohum  





Xəbər lenti