“Azərbaycan təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır” - Kairat Sarıbay

  29 Mart 2021    Oxunub : 1304
“Azərbaycan təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır” -    Kairat Sarıbay
Martın 29-da Tacikistana səfəri çərçivəsində Xarici işlər naziri Ceyhun Bayramovun Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Katibliyinin icraçı direktoru Kairat Sarıbay ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə icraçı direktor Azərbaycanın ilk gündən etibarən AQEM çərçivəsində fəal iştirakını qeyd edərək, bu xüsusda təşəkkürünü ifadə edib. Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolu məmnunluqla qeyd olunub.

Kairat Sarıbay Azərbaycanın regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını vurğulayıb.



Öz növbəsində nazir Ceyhun Bayramov, Azərbaycanın ilk gündən AQEM təşəbbüsünü dəstəklədiyini və bura qoşulan ilk dövlətlərdən biri olduğunu qeyd edib, sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb. Nazir ölkəmizin nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri çərçivəsində ölkəmizin əlaqələndirici rolunun davam etdiriləcəyini və qarşıdan gələn müddət ərzində bu xüsusda növbəti tədbirin keçiriləcəyini bildirib.

Görüşdə, həmçinin tərəflər digər regional məsələlər ətrafında, xüsusilə də post münaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az

Teqlər: XİN   Ceyhun-Bayramov