Qarabağda 25 mindən çox partlayıcı maddə zərərsizləşdirilib

  Qarabağda 25 mindən çox partlayıcı maddə zərərsizləşdirilib
  30 Mart 2021    Oxunub:2129
Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri əraziləri minalardan təmizləməyə davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 23 noyabr 2020-ci ildən bəri 1835 hektar ərazi, 564 kilometr yol, 1644 tikili, 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 376 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Azvision.az


Teqlər: Qarabağ   Mina  






Xəbər lenti