Pənah Hüseynin partiyasına ofis verildi

 Pənah Hüseynin partiyasına ofis verildi
  30 Mart 2021    Oxunub:1838
Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti daha da təkmilləşdirilir, siyasi plüralizm ənənələri inkişaf edir.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.

Bu prosesin davamı olaraq, martın 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Xalq Partiyasına ofis sahəsi təqdim edilib.

Azvision.az


Teqlər: AXP   Partiya  






Xəbər lenti