Yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

Yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
  30 Mart 2021    Oxunub:1593
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Əlibəyli kənd sakini Canaşvili Vaxtanqinin koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

C.Vaxtanqi idarə etdiyi “VAZ 2107” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxslə izahedici söhbətlər aparılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Azvision.az


Teqlər: Qax   Koronavirus  





Xəbər lenti