“Qarabağda gəncliyimi yada salmaq istəyirəm” - Rasim Balayev
Bunu Azvision.az -a Xalq artisti Rasim Balayev Qarabağa getmək arzusundan danışarkən deyib. Sevimli aktyor illər öncə olduğu yerlərdən bir daha keçmək istəyini dilə gətirib:
Vaxitilə Xankəndində də olmuşam, hərdən fikirləşirəm, görəsən, o yerlər indi nə hala qalıb? "Nəsimi", "Babək" filminin çəkilişi zamanı qatarla Naxçıvana gedəndə yol boyu baxıb zövq alırdım. Qubadlını, Zəngilanı yaxşı görməmişəm, oralara getmək, baxıb ləzzət almaq istəyirəm. Gözəl Qarabağımızı nə günə qoyublar. Ağdam viranə qalıb. Camaat əzizlərinin qəbrini belə tapa bilmir. Ay goreşən erməni, sənin qəbirlə nə işin var? Beş, yeddi ildən sonra oralar cənnət olacaq. Turistlər axışıb gələcək. Qarabağ bir sözlə gözəllikdir”.
Bundan əlavə, aktyor səhhətinin normal olduğunu, müalicələrini davam etdirdiyini söyləyib: “Belimdə, ayağımda problemlər var. Fizioterapiya qəbul edirəm. Əvvəlki günlərə baxanda çox yaxşıyam”.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: RasimBalayev aktyor







Vaxtında, Aydın, Lazımlı!


