Yeni DOST Mərkəzi gündə 1000 nəfərə xidmət göstərəcək

 Yeni DOST Mərkəzi gündə 1000 nəfərə xidmət göstərəcək
  30 Mart 2021    Oxunub:3250
4 saylı DOST Mərkəzi Bakının Binəqədi və Nərimanov rayonlarında yaşayan sakinlərə xidmət göstərəcək. Bu mərkəz gün ərzində 800-1000 nəfərə xidmət edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.

O bildirib ki, Nazirlik tərəfindən vətəndaşlara dövlət sosial xidmətlərin bir pəncərədə və məkanda göstərildiyi, əsas məqsədi vətəndaş məmunluğunu, sosial xidmətlərə əl çatanlığı özünedə ehtiva edən DOST Mərkəzlərinin sırası genişlənir:

“İndiyə qədər 1, 2, 3 saylı DOST Mərkəzlərindən ümumilikdə 330 mindən çox vətəndaş xidmətlərdən yararlanıb, onların məmnunluq səviyyəsi 97,2 faizdir. DOST Mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi qarşıda duran prioritetlərdəndir.

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: DOST-Mərkəzi  





Xəbər lenti