“Elə gün yoxdur ki, 30-40 yeraltı təkan qeydə alınmasın” - Qurban Yetirmişli

    “Elə gün yoxdur ki, 30-40 yeraltı təkan qeydə alınmasın” -    Qurban Yetirmişli
  30 Mart 2021    Oxunub:1571
İlin üç ayı ərzində Azərbaycanda seysmik aktivlik fon səviyyəsində olub.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA -nın müxbir üzvü Qurban Yetirmişli deyib. O bildirib ki, yer daxilində gedən geodinamik proseslər davam edir və hər gün xırda təkanlar müşahidə olunur:
“Elə gün yoxdur ki, ölkəmizdə 30-40 yeraltı təkan qeydə alınmasın. Bir gün ərzində orta hesabla 30 yeraltı təkanın baş verdiyini düşünsək, üç ay ərzində qeydə alınan zəlzələlərin sayının 2500-3000 arasında olduğunu demək olar. Maqnitudası 3-dən yuxarı olanların sayı 10-15 arasındadır ki, onların da bir neçəsi zəif hiss olunub. Yaxın günlər ərzində ölkəmizdə dağıdıcı zəlzələlərin başvermə ehtimalı yoxdur. Hazırda seysmik aktivlik fon səviyyəsindədir”.

Qurban Yetirmişlinin sözlərinə görə, son zamanlar sərhədyanı ölkələrdə Azərbaycandakı zəlzələ ocaqlarına təsir edə biləcək güclü zəlzələlər olmayıb: “Qeydə alınan zəif təkanlardır və onların elə ciddi təsiri yoxdur. Güclü uzaq zəlzələlərin isə ölkəmizin zəlzələ ocaqlarına təsiri ola bilməz. Bu, müxtəlif regionlarda yerləşmə, fərqli tektonik qırılmalar, ayrı-ayrı geodinamik proseslərlə əlaqədardır”.

Azvision.az


Teqlər: QurbanYetirmişli  






Xəbər lenti