Gündəlik yoluxma sayı 2 mini keçdi

Gündəlik yoluxma sayı 2 mini keçdi
  30 Mart 2021    Oxunub:2855
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 259 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3538 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 18 600 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 099, ötən müddət ərzində isə 2 858 773 test aparılıb.



Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  






Xəbər lenti