​​​​​​​“BakuBus”un Müşahidə Şurasına Elnur Əliyev rəhbərlik edəcək

  30 Mart 2021    Oxunub : 927
 ​​​​​​​“BakuBus”un Müşahidə Şurasına Elnur Əliyev rəhbərlik edəcək
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.
Azvision.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Elnur Əliyev – iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Şahin Babayev – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri

Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.

Azvision.az

Teqlər: BakuBus   Müşahidə-Şurası