Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət etdi

Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət etdi
  30 Mart 2021    Oxunub:1834
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən Azvision.az -a verilən məlumata görə, müraciətdə Nazirlər Kabinetinin 2021-ci il 19 mart tarixli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il iyunun 1-i saat 06:00-dək uzadıldığı diqqətə çatdırılıb.

Bildirilib ki, bu müddətdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı-https://www.migration.gov.az/az/news_detail/14374).

Karantin müddətində Xidmətin (012) 919 - Çağrı Mərkəzi həftə sonları (aprelin 3-də və 4-də, 10-da və 11-də, 17-də və 18-də, 24-də və 25-də, mayın 1-də və 2-də, 8-də və 9-da, 15-də və 16-da, 22-də və 23-də, 29-da və 30-da) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

DMX bir daha xatırladır ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Azvision.az


Teqlər: DMX  





Xəbər lenti