Yük avtomobillərində siqaretlər aşkarlandı

Yük avtomobillərində siqaretlər aşkarlandı
  30 Mart 2021    Oxunub:1465
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz" və "DAF" markalı yük avtomobilləri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 3600 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Siqaret  





Xəbər lenti