Nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən
Azvision.az -a verilən məlmata görə, bu ay "Xaçmaz KOB evi" vasitəsilə sahibkarlıq subyektinə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı üçün lisenziya verilib. Həmçinin ay ərzində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərindən müxtəlif fəaliyyət sahələrinə lisenziyaların verilməsi üçün “Xaçmaz KOB evi”nə müraciətlər daxil olub.
"Xaçmaz KOB evi"ndə 16 dövlət və özəl qurum sahibkarlıq subyektlərinə 200-dən çox dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətləri göstərir, o cümlədən lisenziyaların verilməsini həyata keçirir.
Azvision.az