Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib - FOTO

Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib -  FOTO
  30 Mart 2021    Oxunub:2030
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib
Qurumdan Azvision.az -a verilən məlumata görə, 30 mart 2021-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov onlayn formatda vətəndaşların müraciətlərini dinləyib.

Müraciətlər əsasən miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.







Azvision.az


Teqlər: DMX   Vətəndaş   Qəbul  






Xəbər lenti