AFFA-dan hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza

AFFA-dan hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza
  30 Mart 2021    Oxunub:1237
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda 1-ci divizionun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.

13-cü turun “Kəpəz” – “Qaradağ Lökbatan” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Kəpəz” – “Qaradağ Lökbatan” matçı oyun öncəsi qonaq komandanın nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.

13-cü turun “Turan Tovuz” – “Sumqayıt-2” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Turan Tovuz” – “Sumqayıt-2” oyununda matç bitdikdən sonra meydan sahiblərinin futbolçusu Nurlan Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalınıb, klub 320 manat cərimələnib.

14-cü turun MOİK – “Kəpəz” oyununda qonaq komandanın futbolçusu Hikmət Vediyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

14-cü turun "Neftçi-2” – “Sumqayıt-2” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

18-ci turun “Kəpəz” – “Keşlə-2” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Kəpəz” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

18-ci turun “Turan Tovuz” – “Zaqatala” oyununda təcili yardım maşını stadiona gələrkən gecikdiyi üçün meydan sahibi klub 160 manat cərimələnib.

“Turan Tovuz” – “Zaqatala” oyununda qonaq komandanın ehtiyat oyunçuları texniki zonada sosial məsafə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunub.

Azvision.az




Teqlər: AFFA  





Xəbər lenti