Avroliqada 1/8 finalın iştirakçıları məlum olur

Avroliqada 1/8 finalın iştirakçıları məlum olur
  27 Fevral 2014    Oxunub:1243
Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq. Bu mərhələdə baş tutacaq 16 qarşılaşmadan biri Bakı vaxtilə saat 21:00-da, 7-si 22:00-da qalan 8-i isə gecə saat 00:05-də start götürəcək.

Milli komandamızın futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu səfərdə “sülh” bağladığı (1:1) İspaniya "Betis"i ilə dogma publika qarşısında qarşılaşacaq.
Türkiyənin Avropa Liqasındakı yeganə təmsilçisi olan “Trabzonspor”da bu gün evdə meydana çıxacaq. Bir həftə əvvəl İtaliyada “Yuventus”a 0:2 hesabı ilə yenilən qardaş ölkə təmsilçisinin mərhələ adlamaq şansı yüksək qiymətləndirilmir.
Bundan başqa, günün maraqlı matçları sırasında “Napoli”-“Suonsi”, “Ayntraxt”- “Porto”, “Tottenhem”-“Dnepr”, və “Valensiya”-“Dinamo” oyunlarını da göstərmək olar.

21:00. "Rubin" (Rusiya) - "Betis" (İspaniya) (İlk oyun - 1:1)

22:00. "Zalsburq" (Avstriya) - "Ayaks" (Hollandiya) (İlk oyun - 3:0)

22:00. "Ludoqorotes" (Bolqarıstan) - "Latsio" (İtaliya) (İlk oyun - 1:0)

22:00. "Bazel" (İsveçrə) - "Makkabi" (İsrail) (İlk oyun - 0:0)

22:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Porto" (Portuqaliya) (İlk oyun - 2:2)

22:00. "Sevilya" (İspaniya) - "Maribor" (Sloveniya) (İlk oyun - 2:2)

22:00. "Şaxtyor" (Ukrayna) - "Viktoriya" (Çexiya) (İlk oyun - 1:1)

22:00. "Napoli" (İtaliya) - "Suonsi" (İngiltərə) (İlk oyun - 0:0)

00:05. "Benfika" (Portuqaliya) - PAOK (Yunanıstan) (İlk oyun - 1:0)
00:05. "Valensiya" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna) (İlk oyun 2:0)

00:05. "Tottenhem" (İngiltərə) - "Dnepr" (Ukrayna) (İlk oyun - 0:1)
00:05. "Alkmaar" (Hollandiya) - "Liberets" (Çexiya) (İlk oyun - 1:0)
00:05. "Trabzonspor" (Türkiyə) - "Yuventus" (İtaliya) (İlk oyun - 0:2)
00:05. "Lion" (Fransa) - "Çernomorets" (Ukrayna) (İlk oyun - 0:0)

00:05. "Fiorentina" (İtaliya) - "Esbyerq" (Danimarka) (İlk oyun - 3:1)
00:05. "Genk" (Belçika) - "Anji" (Rusiya) (İlk oyun - 0:0)

AzVision.az



Teqlər:  





Xəbər lenti