İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı
  27 Mart 2013    Oxunub:1316
Xaçmaz Rayon İcra Hakimiyyətinə 3,7milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, beş min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Qımılqışlaq-Mollabürhanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3,7 (üç milyon yeddi yüz min) milyon manat ayrılıb.


Teqlər:





Xəbər lenti