Almaniya qəzeti Bakının gözəlliyindən yazdı

Almaniya qəzeti Bakının gözəlliyindən yazdı
  31 Mart 2021    Oxunub:1034
Аlmaniyanın “Wilhelmshavener Zeitung” qəzetində Kristel Rebmanın (Chrıstel Rebmann) müəllifliyi ilə “Küləklər şəhərində həyəcanlı günlər” adlı məqalə dərc olunub.
Müəllif məqaləsində ölkəmizin paytaxtına turist səfərindən bəhs edib. O, səfərin müsbət təəssüratlarla zəngin olduğunu vurğulayıb. Bundan əlavə, Bakının həm gözəl müasir binalarla, həm də qədim tarixi əks etdirən tikililərlə zəngin olduğunu qeyd edib.

O, ölkəmizin paytaxtını geniş yaşıllıq ərazilərə və küçələrə malik, gözəl, müasir və geniş bir şəhər kimi xarakterizə edib. Alman jurnalist həmçinin, ziyarət etdiyi İçəri Şəhər, Dənizkənarı Bulvar, Yanardağ, palçıq vulkanlarının mövcud olduğu ərazi, Nobel ailəsinin evi və yerli mətbəx barədə oxucuya geniş məlumat verib. Müəllif Bakının gələcəkdə Dubay şəhərinə rəqabət yaradacığını vurğulayıb.

Azvision.az


Teqlər: Almaniya   Bakı  






Xəbər lenti