Hacıqabulda ana azyaşlı oğlunun gözü qarşısında öldürüldü

  Hacıqabulda ana azyaşlı oğlunun gözü qarşısında öldürüldü
  31 Mart 2021    Oxunub:1216
Hacıqabulda 35 yaşlı qadın qətlə yetirilib.
Hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Rəsulova Fəxriyyə Feyruz qızı qaynı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisənin qısqanclıq zəminində törədildiyi deyilir.

Qadının meyiti müayinə olunması üçün Şirvan morquna yerləşdirilib. Qətli törədən Hacıqabul rayonunun Muğan kənd sakini, 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlu saxlanılıb.

Məlumata görə, E.Axundov dul qalan əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

Azvision.az


Teqlər: Hacıqabul   Qətl  





Xəbər lenti