Gəncə və Kürdəmirdə ev yanıb

  31 Mart 2021    Oxunub : 765
Gəncə və Kürdəmirdə ev yanıb
Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 24 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Kürdəmir rayonunun Aran qəsəbəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Ev   Yanğın   Gəncə   Kürdəmir