Rusiya müdafiə nazirinin müavini Xankəndinə səfər edib

Rusiya müdafiə nazirinin müavini Xankəndinə səfər edib
  31 Mart 2021    Oxunub:2489
Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti üçün modul şəhərciklər aprelin 5-dən gec olmayaraq istismara veriləcək. Aprelin sonuna qədər sülhməramlılar üçün səyyar xəstəxana açılacaq.
Azvision.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov bildirib.

Bulqakov Xankəndində sülhməramlılar üçün 250 yerlik blok-modul şəhərciyin açılışı və məskunlaşma mərasimində iştirak edib. Onun sözlərinə görə, 25 belə şəhərciyin avadanlıqlarla təminatı və istismara verilmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq onların hamısı istismara veriləcək, bütün sülhməramlılar təchiz ediləcək.

Bulqakov, həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana inşa edildiyini, burada lazım olduqda sülhməramlılara xüsusi təyinatlı tibb bölməsi tərəfindən yardım göstəriləcəyini söyləyib. O, səyyar xəstəxananın qurulmasına 5-7 aprel tarixlərindən gec olmayaraq başlanacağını, ayın sonuna kimi tamamlanacağını deyib.

"Aprel ayının sonunadək sülhməramlı qüvvələrimizin bütün istiqamətlərdə tam təchizatını başa çatdırmalıyıq. Üç aydan az bir müddətdə 12 blok-modul qəsəbəsi tikilib istifadəyə verilib. Yaxın gələcəkdə bu cür şəhərciklər Sisian-2, Çartar, Laçın, Sos, Canyataq, Qırmızı bazar, Ağdərə, Zarıslı, Şuşa, Zabux, Cebrabert, Qırıkaha qəsəbələrində qurulacaq", - deyə Bulqakov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Nazir   Xankəndi  





Xəbər lenti