Yenə ən çox yoluxma Bakıdadır

   Yenə ən çox yoluxma Bakıdadır
  31 Mart 2021    Oxunub:1469
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.
Azvision.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 53,7 faizi paytaxtın payına düşür.

Hazırda yoluxma Abşeronda 12.9 faiz, Aranda 12.4 faiz, Gəncə-Qazaxda 7.8 faiz, Şəki-Zaqatalada 3.5 faiz, Quba-Xaçmazda 2.9 faiz, Lənkəranda 2.7 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Azvision.az


Teqlər: Koronavirus   Yoluxma   Bakı  





Xəbər lenti