Dünyaya çağırış: Erməni cinayətlərinə laqeyd qalmayın! - VİDEO

  Dünyaya çağırış:  Erməni cinayətlərinə laqeyd qalmayın! -  VİDEO
  31 Mart 2021    Oxunub:4207
Ermənistanın Xocalı və ikinci Qarabağ müharibəsində Azərbaycanın dinc sakinlərinə, xüsusilə uşaqlara qarşı törədilmiş cinayətləri ilə bağlı videomüraciət hazırlanıb.
Azvision.az xəbər verir ki, "YouTube" kanalında yerləşdirilən materialın müəllifi və ifaçısı Leyla Şərif, lentə alan və redaktə edən isə Kənan Muraddır.



Dünyanı erməni cinayətlərinə laqeyd qalmamağa çağıran Leyla Şərif BMT və ATƏT-ə müraciət edərək, onların niyə ermənilərin törətdikləri cinayətlərə səssiz qaldıqlarını sual edib.

“Siz məni qorumaq üçün nə etdiniz?”, - deyə qeyd edilən materialda ermənilər tərəfindən azərbaycanlı uşaqların, qadınların Xocalıda amansız işgəncələrə məruz qaldıqları, hamilə qadınların qarınlarının yarıldığı, uşaqların kor edildiyi, lakin heç kimin səsini çıxarmadığı vurğulanıb.

Ermənilərin təkcə Xocalıda deyil, Azərbaycanın digər ərazilərində də cinayətlər törətdikləri qeyd edilib: “30 il sonra Gəncə şəhərində gecəyarı raket hücumu nəticəsində 20-dən çox günahsız insan öldürüldü. Lakin siz yenə də bunu görmürsünüz”.

Videomüraciətdə artıq səssizliyə son verməyin vaxtının çatdığı deyilib: “Siz həqiqətən sülhün tərəfindəsinz, yoxsa Azərbaycan sadəcə sizin siyahıda deyil?”.

Xatırladaq ki, videomaterialda Xocalı soyqırımında həlak olanlar, yaralılar, itkin düşənlər barədə məlumat verilib, ermənilərin bu hadisəni törətdikdən sonra necə şənləndiyi, həmçinin, beynəlxalq mətbuatda dərc edilən məqalələr barədə sitatlar gətirilib.

Azvision.az


Teqlər: Xocalı-soyqırımı   Videomüraciət   Erməni-vəhşilikləri  






Xəbər lenti