Lənkəranda oğurluq edən dəstə ələ keçdi
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Səadət Mirzəyev, Peyman Məstəliyev, Ramiz Cəbiyev və Zabir Hüseynzadə saxlanılıblar və törətdikləri əməli etiraf ediblər. Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə saxlanılan şəxslərin Astara rayonun ərazisindəki 1 “Kapital Bank” və 1 “MilliÖn” ödəmə terminalından və 2 mağazadan ümumilikdə 22099 manat nağd pul, 1300 manat dəyərində isə tütün məmulatları oğurladıqları da müəyyən edilib.
Oğurlanmış pul və danışıq karltarı onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: Lənkəran Oğurluq Dəstə