Şuşaya çəkilən yol minalardan təmizlənir

   Şuşaya çəkilən yol minalardan təmizlənir
  31 Mart 2021    Oxunub:2041
Füzuli rayonundan Şuşa şəhərinə çəkilən avtomobil yolunun keçəcəyi ərazilər minalardan təmizlənir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz inzibati mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

Onun sözlərinə görə, ilk mərhələdə ANAMA tərəfindən Şuşaya çəkilən yolun keçəcəyi ərazinin 34 kilometrlik hissəsində təmizləmə işləri icra olunur.

"Füzulinin Alxanlı və Seyidəhmədli kəndlərinin ərazisi də daxil olmaqla, yolun keçdiyi yerlərdə indiyədək 207 ədəd tank əleyhinə, 168 ədəd piyada əleyhinə, 5 ədəd partlamamış digər hərbi sursat aşkarlanıb. Hazırda kommunikasiya xətlərinin keçdiyi ərazilər minalardan təmizlənir. Ümumilikdə, azad olunmuş ərazilərdə bu günədək 4224 ədəd piyada əleyhinə, 1181 ədəd tank əleyhinə, 2064 ədəd tank əleyhinə minanın partladıcısı, 300 ədəd bombacıq aşkarlanıb. Həmçinin 3 milyon 600 kvadratmetr ərazi təmizlənib. Minatəmizləmə əməliyyatları davam edir".

Azvision.az


Teqlər: Mina   Axtarış   Şuşa   Füzuli   Yol  





Xəbər lenti