Bakıda "Fiat" yanıb - YENİLƏNİB

Bakıda "Fiat" yanıb -  YENİLƏNİB
  31 Mart 2021    Oxunub:1891
Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində "Fiat" markalı minik avtomobilinin yanar hissələri yanıb.
FHN-dən Azvision.az-a verilən məlumata görə, yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


***
12:29


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində avtomobil yanması barədə məlumat daxil olub.

Azvision.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Maşın   Yanğın  





Xəbər lenti