2009-cu ilin dekabrın 30-da Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər.
Bu gün 31 mart soyqırımı dəhşətlərini dünya ictimaiyyətinə tanıtmaq üçün Quba Soyqırımı Memorial Kompleksi tarixi əhəmiyyət daşıyır. Bu abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
Foto: Şahin Sərdarov
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


