Cibgirliklə məşğul olan şəxs saxlanıldı

Cibgirliklə məşğul olan şəxs saxlanıldı
  31 Mart 2021    Oxunub:1716
Paytaxtda avtobusda cibgirliklə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 29-da sərnişin avtobusunda Bakı şəhər sakini A.Almuradovanın çantasından içərisində 150 manat məbləğində pul, bijüteriya və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Məmmədli Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı onda heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Cibgir   Paytaxt   Avtobus  





Xəbər lenti