Goranboyda 24 yaşlı qız itkin düşdü

Goranboyda 24 yaşlı qız itkin düşdü
  31 Mart 2021    Oxunub:1979
Goranboyda itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Goranboy rayon Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova fevralın 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Hüseynovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları vardır. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, göy rəngli cins gödəkcə və qara rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-24-5-30-72 şəhər və (050/055) 301-10-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az


Teqlər: Goranboy   Qız   İtkin   DİN  





Xəbər lenti