Köməksiz qalan azyaşlılar xilas olundu

Köməksiz qalan azyaşlılar xilas olundu
  31 Mart 2021    Oxunub:1808
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Azyaşlı   FHN   Xilasetmə  





Xəbər lenti