Növbəti GRE imtahanı keçiriləcək

Növbəti GRE imtahanı keçiriləcək
  31 Mart 2021    Oxunub:1679
Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service, ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı aprelin 2-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 8-dən gec olmayaraq aşağıda tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.

İmtahan iştirakçısı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edib imzalamalı və özü ilə gətirməlidir. İmtahan saat 9-da başlanır.

“COVID-19” pandemiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə ediləcək və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə edilməlidir.

“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Azvision.az


Teqlər: GRE   İmtahan  





Xəbər lenti