Ərdoğan Şahin Mustafayevi qəbul edib

 Ərdoğan Şahin Mustafayevi qəbul edib
  31 Mart 2021    Oxunub:2891
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
Azvision.az xəbər verir ki, İstanbulun “Vəhdəttin Köşkü”ndə baş tutan görüş mediaya qapalı şəraitdə keçib.

Təxminən 45 dəqiqə davam edən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan da iştirak ediblər.

Azvision.az


Teqlər: Ərdoğan   ŞahinMustafayev  






Xəbər lenti