Adil Əliyevin 31 Mart soyqırımı ilə bağlı məqaləsi Moldova mətbuatında

Adil Əliyevin 31 Mart soyqırımı ilə bağlı məqaləsi Moldova mətbuatında
  01 Aprel 2021    Oxunub:1561
Azərbaycanlı deputat, Milli Məclisin sədr müavini Adil Əliyevin “31 МАРТА - ДЕНЬ ГЕНОЦИДА АЗЕРБАЙДЖАНОВ” adlı məqaləsi Moldovanın nüfuzlu informasiya agentliyi olan tribuna.md saytında dərc edilib.
Məqalə 31 Mart Soyqırımı Gününün 103-cü il dönümünə həsr edilib. Müəllif məqalədə ilk olaraq 1918-ci ildə nə üçün erməni-bolşevik silahlı birləşmələri tərəfindən 50 min azərbaycanlının öldürülməsi sualını qoyub. Daha sonra hadisələri tarixi aspektdən təhlil edir və soyqırım haqqında çoxşaxəli yanaşma təqdim edib.

Həmçinin deputat soyqırımı cinayətinin hüquqi əsası barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı da xatırladıb. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Son olaraq qeyd edilir ki, həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla verilmişdir. Fərmana əsasən, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Azvision.az


Teqlər: Adil-Əliyev   Soyqırımı  





Xəbər lenti