DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azvision.az -a verilən məlumata görə, vətəndaş Mübariz İbrahimovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarılıb.
M.İbrahimov barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Azvision.az