"İkinci mərhələdə evlərin qarşısında, həyətlərdən sonra yuxarı hissədən başlayaraq yamacda dəmir-beton terrasların yaradılması, üçüncü mərhələdə isə Badamdar – 20-ci sahə avtomobil yolunun sağ tərəfində (yamacın aşağı hissəsində) dəmir-beton svaylar üzrə monolit istinad divarının inşa edilməsi və yolun bərpası nəzərdə tutulur".

S.Vəliyev qeyd edib ki, birinci mərhələ üzrə işlər keçən ilin oktyabr ayından başlayaraq eni 3.5 metr, dərinliyi 30.0 metr olan 3 ədəd quyu tam qazılaraq başa çatdırılıb.
"Quyuların bütün konstruksiya və avadanlıqları Yaponiyadan gətirilib. Bütün quyuların aşağı hissəsində layihəyə görə 2 səviyyədən ibarət olmaqla ümumilikdə 63 ədəd uzunluqları 50 metr və diametri 40 mm olan üfüqi drenaj boruları quraşdırılmalıdır. Sonda bu quyular dib səviyyəsində bir-biri ilə birləşməli və yığılmış sular ən aşağı quyu olan 1-ci quyunun dib səviyyəsindən sahədən öz axını ilə kənarlaşdırılır".

Şöbə rəisi əlavə edib ki, hazırda 1-ci və 2-ci quyularda uzunluğu 50 metr olan drenaj boruları və yığılmış suyu sahədən kənarlaşdırmaq üçün diametri 100 mm olan 132 metr uzunluqda yeraltı boru inşa edilib.
"İkinci mərhələ üzrə yamacın üst hissəsində 1-ci terras ankerlərlə birlikdə inşa edilib başa çatdırılmış, növbəti terraslarda işlər drenaj quyularındakı işlər tam başa çatdırıldıqdan sonra davam etdiriləcək. Üçüncü mərhələdəki işlərə yalnız 1-ci və 2-ci mərhələdəki işlər qurtardıqdan sonra başlanılması nəzərdə tutulub".





Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


