19 qardaşını öldürən Osmanlı sultanı – gerçək TARİX

19 qardaşını öldürən Osmanlı sultanı – gerçək TARİX
  27 Fevral 2014    Oxunub:11251
Hər toplumda cəlladlar qorxulan, nifrət edilən şəxslər olub. Hətta bir çox yerlərdə onlar həmişə lənətləniblər. Osmanlı dövründə cəlladlar yalnız yaşadığı dövrdə deyil, ölərkən belə xalq tərəfindən dışlanıb, hətta qəbirləri belə ayrıca olub.

Buna görə bəzən cəlladlar üçün ayrıca qəbirsitanlıqlar da yaradılıb. Bunlardan biri də Əyyub məzarlığıdır. Bir zamanlar bu qəbiristanlıq dünyadakı yeganə cəllad məzarlığı kimi ad çıxarıb. Ad çıxarmışdı deyirik... Çünki yüzlərlə cəlladın məzarı zaman keçdikcə həm unudulmuş, həm də yerli əhali tərəfindən dağıdılmışdı. İstanbulda yerləşən cəllad məzarları dağıdılıb, yerlərində binalar və digər obyektlər tikilib. Osmanlıda cəlladlar necə seçilirdi?
Onlar niyə bu sənəti seçirdilər? Bütün bu sualların cavablarını Yaşar Karadumanın araşdırmasında tapmaq mümkündür.

Osmanlı dövründə adam asmaq, boğmaq və baş kəsmək bir cəza növü idi və buna görə sarayda həmişə cəlladlar saxlanılırdı. Bir qrup cəllad isə padşah və digər yüksək rütbəli əyanların əmrini yerinə yetirmək üçün hazır vəziyyətdə gözləyərdi. Sarayda verilən ölüm cəzaları Topkapı sarayı bağçası önündə bir çeşmənin yanında həyata keçirilirdi. Cəlladlar qanlı əllərini və baltalarını məhz bu çeşmədə yuyardı. Bu çeşmənin sağında və solunda kəsilmiş başları simvolizə edən baş daşları olardı və bu daşlara ibrət daşları deyilərdi. Bu çeşmənin bir adı da cəllad çeşməsi idi və daha çox bu adla tanınırdı. Digər adı isə siyasət çeşməsi idi.
Cəlladların qaldığı yer isə çeşmənin yerləşdiyi divarın arxasında idi. Cəzalar bəzən də “Yeddi qüllə” zindanında həyata keçirilirdi. Bu yerlər hazırda ziyarətə açıqdır və insanlar edamların, cəzaların həyatı keçirildiyi yerləri gəzə bilərlər. Edam cəzaları insanın mövqeyi, vəzifəsi və rütbəsinə görə dəyişirdi. Osmanlı sultanları və şəhzadələrinin qanı tökülməz, iplə boğularaq öldürülərdi. Bu öldürmə adəti türklərin müsəlman olmadan öncə inandığı şamanizm adətindən irəli gəlirdi.
Doğan Avcıoğlu “Türklərin tarixi” adlı əsərinin ikinci cildində “Şamanist türklər qan axıtmaqdan çəkinərlər. Buna görə də Osmanlı şahzadələri boğularaq öldürülürdü.” deyir.

Edam olunacaq şəxs sadə xalq nümayəndəsindən biri idisə kəllə kəsmə cəzası tətbiq olunardı. İstanbuldan kənarda imperatorluğun uzaq vilayətlərində edam olunan dövlət adamlarının öldürüldüyünü isbat etmək üçün kəsilmiş başı torbaya qoyulur və İstanbula gətirilirdi. Gümüş bir qabın içində sultana kəsilmiş baş təqdim olunardı. Bədəni isə öldürüldüyü yerdə dəfn edilərdi. Bu səbəblə də başı başqa yerdə, bədəni başqa yerdə dəfn edilmiş iki məzarı olan dövlət adamları çoxdur. Onların arasında isə sədrəzəmlər üstünlük təşkil edir. Bunlardan ən məşhuru isə Vyana mühasirəsində uğursuzluğu səbəbiylə başı kəsilərək sultana aparılan və sonra da başı dənizə atılan məşhur sərkərdə Mustafa Kara Paşa idi.

Kəsilmiş başlar isə bal ilə dolu torbaya qoyularaq daşınardı. Bu kəsilən başlar bəzən də Topkapı sarayının ilk giriş qapısında asılardı. Bununla xalqa ibrət dərsi vermək səbəbiylə həmin başlar günlərlə orada asılı qalardı. Başların qoyulduğu giriş qapısının oyuqları hələ də qalmaqdadır. Başlar burada adətən üç gün qalardı. Bəzən də eyni anda oyuqlara yüzlərlə kəsilmiş baş qoyulardı. Cəlladlar edam etdikləri müsəlmanları öldükdən sonra beli üstə uzadar, müsəlman olmayanları isə üzü üstə qoyaraq kəsilmiş baçlarını qıçlarının üzərinə qoyurdular. Öldürülən adamın cəsədi, üzərindəki geyim və.s cəlladın əmlakı sayılırdı. Cəllad istəsə öldürdüyü adamı ya dəfn edə, ya da onun cəsədini qohumlarına sata bilərdi. Osmanlıda cəlladlar xüsusən kar və lallardan seçilirdi. Kar olmalarına səbəb öldürdükləri adamın səsini duyaraq duyğusal hislərə qapılmamağına görə önəmliydi.



Osmanlı tarixində ən həzin boğaraq öldürmə hadisəsi 28 yanvar 1595-ci ildə yaşanıb. Bu Fateh Sultan Mehmetin imperatorluğun davamlı olması üçün “Nizami alem” fərmanına görə verdiyi əmrdi. Bu fərmana əsasən bir qardaş hakimiyyətə gələrdisə mütləq bütün qardaşları öldürülməli idi. III Mehmet 19 uşaq və yeniyetmə yaşında olan şahzadə qardaşlarını bir gecədə boğduraraq öldürtdü. Ertəsi gün isə qiymətli daş-qaşlarla bəzədilmiş 19 tabut yan-yana saraya qoyulmuşdu.

Osmanlı xalqında insan öldürdüklərinə görə cəlladları insanı hislərdən uzaq məxluqat hesab edirdilər. Ona görə də onların sadə xalqla bir yerdə dəfn edilməsinə imkan vermirdilər. Tarixçi Reşat Ekrem Koçu “Toplum, din və əxlaq anlayışımızın ən gözəl örnəklərindən biri cana qıyan, kəsən və ya boğan cəlladın ölüsünü xalq qəbiristanlığında basdırılmasına izn verilməməsi son dərəcə təqdirə layiq bir haldır.” deyə dəyərləndirir. Bu səbəbə görə də cəlladlar üçün İstanbulun ən gözdən uzaq yerində xalqdan ayrı olaraq məzarlıq yaradılmışdı. İstanbulda iki yerdə cəllad qəbiristanlığı tanınmaqdadır. Haldun Hürel.” Istanbulu gəzirəm gözlərim açıq” adlı əsərində bunlardan birinin Ədirnəqapıdan Ayvansarayadək enən yerdə Eğrikapı ətrafında olduğunu bildirir.

Digər bir cəllad məzarlığı isə Əyyubda Karyağdıbaba təpəsinin yaxınlığındadır. Həmin vaxtlar bura İstanbulun ən uc nöqtəsi olaraq quşun uçmadığı, heç bir karvanın keçmədiyi doğru-dürüst yolu belə olmayan ağaclar içində kabus kimi bir yer idi. Buraya Karyağdıbaba deyilməsinin səbəbi ondan biraz aşağıda bir bektaşı məqbərəsinin olmasıdır. Hazırda bura normal bir məzarlığa çevrilmiş aralarında tək-tük cəllad məzarlığı qalmışdır. Bunların cəllad məzarı olmasını bilmək elə də çətin deyil Çünki bütün bunlar onların baş daşlarından da bilinir. Osmanlıda xalqdan biri dəfn edilərkən başdaşına nə işlə məşğul olmaqları yazılırdı. Amma cəlladlara isə bu münasibət yox idi. Hazırda orada iki cəllad məzarını görmək mümkündür. Onlar yan-yana dəfn edilib. Baş daşlarına isə bu səbəbdən nə ölüm tarixi, nə doğulduğu tarix, nə cinsləri, nə də nə işlə məğul olduqları yazılmayıb.

Hazırladı:Emin Piri

Qalereya




Teqlər:  





Xəbər lenti