Çindən Azərbaycana növbəti vaksin partiyası gətirildi

 Çindən Azərbaycana növbəti vaksin partiyası gətirildi
  01 Aprel 2021    Oxunub:1988
Çindən Azərbaycana növbəti vaksin partiyası gətirilib.
Azvision.az xəbər verir ki, Çinin “Sinovac”şirkətinin istehsalı olan “Coronavac” vaksininin növbəti partiyası ölkəmizə çatdırılıb. Belə ki, bu gün 500 min doza "Coronavac” vaksini gətirilib.

Qeyd edək ki, Çinin "Sinovac" şirkətinin istehsalı olan 4 milyon doza “CoronaVac” vaksininin Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub.

Azərbaycanda vaksinləşmə prosesinə yanvarın 18-dən start verilib. İndiyədək ölkədə ümumilikdə 547 541 nəfər vaksinasiyadan keçib. Vaksinləşmə vətəndaşlar üçün pulsuzdur.

Azvision.az


Teqlər: CoronaVac   Vaksin   Çin   Azərbaycan  






Xəbər lenti