İlham Əliyevlə Putin arasında telefon danışığı olub

İlham Əliyevlə Putin arasında telefon danışığı olub
  01 Aprel 2021    Oxunub:2170
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Dağlıq Qarabağda vəziyyətin sabit olduğu, atəşkəs rejiminə ciddi şəkildə əməl edildiyi vurğulanıb.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib. Vəziyyətin ümumiyyətlə sabit olduğu və atəşkəs rejiminə ciddi əməl edildiyi məmnunluqla qeyd olunub”, - deyə məlumatda bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İlhamƏliyev   Prezident   Putin  





Xəbər lenti