Bayram günləri təcili yardıma müraciətlərin sayı artıb

Bayram günləri təcili yardıma müraciətlərin sayı artıb
  01 Aprel 2021    Oxunub:1458
Bayram günlərində təcili yardım gücləndirilmiş iş rejimində çalışıb. Əgər adi günlərdə 1500-1600 çağırış olurdusa, bayram günlərində 2500 çağırış qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu Bakı şəhər Təcili və Təxirəsalnmaz Tibbi Yardım Stansiyasının təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.

O bildirib ki, 20 və 21 mart tarixlərində sahə poliklinikaları işləmədiyi üçün təcili yardıma müraciətlər çox olub.

“Digər günlərdə poliklinikalarda növbəlik sistemi üzərində iş başladı və təcili yardımın işi azaldı. Təcili yardım bayram günləri öz daxili hesabları üzərinə bütün çağırışları təmin edib”.

Aytən Zəhra
Azvision.az



Teqlər:






Xəbər lenti