Müharibə zamanı 200 həkim cəbhə bölgəsinə göndərilib

Müharibə zamanı 200 həkim cəbhə bölgəsinə göndərilib
  01 Aprel 2021    Oxunub:1390
44 günlük Vətən müharibəsində təcili yardımın həkim briqadası 3 istiqamətdə cəbhə bölgəsinə göndərilib. Bu briqadalarda 200 həkim olub və onlar növbəliliklə işləyiblər.
Azvision.az xəbər verir ki, bunu Bakı şəhər Təcili və Təxirəsalnmaz Tibbi Yardım Stansiyasının təcili yardım, operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib. O bildirib ki, həmin briqadaları cəbhə bölgəsində yaralılara ilk yardım göstərməklə yanaşı, həm də ağır yaralıları kənarda olan şəhər hospitallarına daşıyıblar.

“44 günlük müharibədə tibb işçiləri böyük həvəslə işləyirdi. Elə tibb işçiləri var idi ki, onlar növbəliliklə işləmək istəmirdi və daim orada qalmaq istəyirdilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təcili-yardım  





Xəbər lenti