Elektrik enerjisindən istifadə Qaydalarına dəyişiklik edildi

   Elektrik enerjisindən istifadə Qaydalarına dəyişiklik edildi
  01 Aprel 2021    Oxunub:1436
Baş nazir Əli Əsədov “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Azvision.az xəbər verir ki, qərara əsasən, alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarını istismar edən müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilələrdə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmaqla, bu Qaydaların müddəalarından fərqli müddəalar nəzərdə tutula və həmin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrdən fərqli formada bağlanıla bilər.

Azvision.az


Teqlər: Baş-nazir   Qərar   Elektrik   Enerji  





Xəbər lenti